21 sentyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Azərbaycanı Suriyanın gününə düşməkdən qoruyun

Hüquq müdafiəçisi Raqif Məlikov siyasi durumu anladır

- Raqif bəy ölkdəki siyasi vəziyyəti necə qimətləndirərdiz?

- Azərbaycan rəhbərliyi faktiki olaraq son illər qanunları bu qədər dəyişməklə dinc yolla dövlət çevrilişi edir, ölkə unitar sivil dövlətdən qanuni diktatura dövlətinə çevrilir. İlk dəfə 18 mart 2009-cu il tarixli referendumda konstusiyaya prezidentliyi müddətsizləşdirən müddəa salınıb. Bundan sonra bu yazıq xalq vəziyyətdən necə çıxacaq, qansız-qadasız ötüşmək mümkün olacaqmı, bilmirəm. Hər halda ölkədə olan bu durumun dünyada analoqu yoxdur və xalqın azadlıq, demokratiya uğrunda qeyri-mübariz xalq imicinin üzərinə, qul olmağa razılıq verən xalq imici də əlavə olunacaqdır”.

- Bəs ölkənin beynəlxalq imici necədir?

- “Bu hakimiyyət inkivizasiya tipli bir rejim yaradıb. Beynəlxalq aləmdə də bunu bilirlər. İqtidar qismən qorxduğu adamları sındıra bilmədikdə, sındırmaq üçün bütün qeyri-qanunu yollardan istifadə edir. Eyni vaxtda həbs olunmuş Fərhad Əliyevin pullarını alıb, dəfələrlə “səhv etmişəm”, “məni bağışlayın” məzmunlu ərizələrini alandan sonra onu buraxdılar. Bütün dünya bunu bilir. Özünü mərd aparan, hakimiyyətə baş əyməyən İnsanovu nəinki buraxmadılar, əksinə açıq-aşkar formada “boyun əyməsən, ömrünün axırına qədər burada qalacaqsan” mesajını verdilər. Azərbaycanın inkivizasiya məhkəmələrinin Əli İnsanova əlavə olaraq, məsələn, 10 il də cəza verməsi məhkəmə iclası olmadan da verilə bilər. Bu ölkədə hökümdarın əmri ilə istənilən adamı tuta da bilərlər, asa da bilərlər. Ancaq bir şeyi anlamalıdır bu  hökmdar – tarix əvvəl axır bu tipli əzazillərin qiymətini verəcək!”.

- Qanunlar zəif olsa da heç işləmirmi?

- Hansı qanundan danışırsız. Bu ölkə azğınlığın pik nöqtəsindədir. Ölkə boyu vətəndaşların ciddi narazılıqlarına yol açan məmur özbaşınalıqlarından, eləcə də bu neqativ tendensiyalardan, vəzifəli şəxsləri tərəfindən edilən özbaşınalıqlardan hər gün bəhs olunur. Bu gün ölkədə məmur özbaşınalıqlarının ən fəal "müəllifləri” icra başçıları, polis rəisləri, veri işçiləri də daxil olmaqla çoxsaylı məmur kütləsidir.

- Bəs, xalq niyə ümidsizdir?

- Çünki, prezidentin bütün istəklərinin yekdilliklə qəbul olunacağına, xalqın səsinin heç bir əhəmiyyəti olmadığının, kimə və nəyə səs verəcəklərindən asılı olmayaraq, bütün seçkilərdə qutudan Prezident Adminstrasiyasının tələbinə uyğun nəticənin çıxacağına əmindir. Çünki, tarix bunu sübut edib və vətəndaşlar da, artıq çoxdan Azərbaycandakı “seçki şousu”na bələddir. Ona görə də maraq göstərmir, “gözləmə” vəziyyətində qalmağı üstün tuturlar. Bu biganəliyin nəticəsində rejim heç bir əziyyət çəkmədən, nəinki təbliğat aparmaq, əhalini inandırmaq, heç qanunla tələb olunan seçici imzalarını belə toplamadan öz niyyətini həyata keçirir.

- Cəmiyyətə mesajınız nədir?

- Cəmiyyətə işıq salmalı olan ziyalıların da vicdanı susdu. Bizdən başqa hamını susdurdular… Məqsədləri hələ keçən əsrin əvvəllərində demokratik əsaslarla idarə olunan Respublikanı qurmuş bir xalqı, tam bir əsr sonra orta əsrlərə sürükləyib Monarx sisteminə boyun əydirməkdir…Bütün bu baş verənləri izləyənlər: diktatorla tərəfdaşlıq edənlər, dəstək olanlar, hətta susaraq tərəf tutmayanlar – siz, Azərbaycanı müşkül duruma soxdunuz, Suriyanın gününə düşməsinə zəmin yaratdınız. Sabahdan artıq nağıllar aləminə səyahət edin, ölkəniz şahlıq üsulu ilə idarə ediləcək…

 

Onlar əllərinə düşən hər fürsətdə istismar etdilər, ölkəni soyub-taladılar, siz isə bu talançılığa göz yumdunuz, bəziləriniz hətta dəstək verdiniz!

20 iyul 2016 21:33
286 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB