21 sentyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

"Öyrəndiklərimizlə tətbiq etdiklərimiz uyğun gəlmir"
Daxili qoşunlarda çalışdığı iddia edilən hərbçinin adından maraqlı fikrilər yayılıb

Məlum olduğu kimi ötən gün məlumat yaymışdıq ki, hər il ATƏT-in Bakı ofisi Azərbaycan Respublikası Daxili Qoşunlarının zabitləri üçün seminarlar keçirir. Bu barədə ölkənin xəbər agentlikləri bilavasitə Daxili Qoşunların mətbuat xidmətindən məlumat yayır. Bu tədbirlərdə kütləvi etiraz aksiyaları zamanı Daxili Qoşunların davranışı ilə bağlı beynəlxalq təcrübə əsas  müzakirə mövzusu olur. Görüşlərdə həmçinin müxalif siyasi qüvvələrin təşkil etdiyi mitinq və etiraz aksiyalarının zor tətbiq etməklə dağıdılması ilə bağlı narahatlıq doğuran məqamlara da aydınlıq gətirilir. Bəzi beynəlxalq ekspertlər deyir ki, Azərbaycanda ATƏT-in Bakı ofisinin təşkil etdiyi bu seminarlara ehtiyac böyükdür. "Bu seminarların məqsədi ondan ibarətdir ki, Azərbaycan polisi və daxili qoşunları sərbəst toplaşma azadlığının həyata keçirilməsi istiqamətində dünyada mövcud olan ən yaxşı təcrübələrlə tanış olsunlar. Azərbaycanda son bir neçə ildə baş verənlər göstərir ki, polis və təhlükəsizlik orqanlarının nümayəndələri tərəfindən ehtiyatsızlıq və həddindən artıq güc tətbiq edilməsi halları mövcuddur" - deyə tədbirdə iştirak edən əcnəbi ekspertlərdən biri söyləyib. 
Xəbər saytımız və eləcə də digər xəbər portalları tərəfindən yayıldıqdan sonra maraqlı bir mövqe almışıq. Belə ki, məsələyə münasibət təkcə ekspertlər səviyyəsində olmayıb. Redaksiyamıza email yazaraq silahlı qüvvlərdə, daha dəqiq desək, daxili qoşunlarda olan vəziyyəti anladan və adının açıqlanmasını istəməyən zabit bəzi məqamlara aydınlıq gətirib. Onun fikirlərinə görə, nə ATƏT-in nə də, digər bir qurumun daxili qoşunların əsgər və zabit heyətinə etiraz aksiyaları zamanı zor tətbiq etməməklə bağlı keçirilən seminarların heç bir faydasl yoxdur: "Çünki ən yüksək çinli komandirlər tamamilə başqa və bu öyrəndiklərimizlə bir araya sığmayan tapşırıqlar verirlər. Bizim daxili qoşunları qanunlar deyil yuxarıdakı insanların qanunsuz da olsa göstərişləri idarə edir. Mən bunu açıq deyəcəm. Türkiyədə 1 illik kurs keçmişəm. İstəyirlərsə bu yazıma görə məni tapıb cəzalandıra da bilərlər. Amma həqiqət elə bir şeydir ki, bizim ondan imtina etməmiz mümkün deyil. Türkiyədə bizə öyərədilənlə, xaricilərin təşkil etdikləri seminarlarda deyilən fikirlərlə gerçəkliyin heç bir əlaqəsi yoxdur. Daxili qoşunlar cəngəllik qanunları ilə idarə edilir"
Adını gizli saxlayan zabit daha sonra bildirib ki, zabitlər beynəlxalq təcrübəni daha çox öyrəndikcə daha çox etiraz edirlər. Lakin orduda çox kəskin cəza mexanizmi mövcuddur: "Məhz bu cəza mexanizmi də etiraz fikri olanları qorxu altında saxlayır və bir çox tabe olmaq məcburiyyətində qalır. Lakin etiraz edənlər də var və getdikcə daha da çoxalacaqlar". 
12 dekabr 2014 21:58
190 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB