30 may 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Vasif Rzayev: “Ya islahat, ya da inqilab”

“Azərbaycanda demokratiya və insan haqlarının durumu son illər daha da pisləşib. Seçkilərin saxtalaşdırılması, QHT nümayəndələrinin və jurnalistlərin sıxışdırılması, müxalifətə qarşı olan təzyiqlər son illər pik həddə çatıb”.

Bu fikirləri Azərbaycanda demokrayiya və insan haqlarının durumuna münasibət bildirərkən ictimai-siyasi fəal, iş adamı Vasif Rzayev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanda demokratik durum böhran həddinə çatıb: “Demokratiya heç bir olkənin daxili işi olmadığı üçün beynəlxalq təşkilatlar Azərbaycandakı demokratik duruma biganə yanaşmamalıdırlar. Demokratk dəyərlərə hörmət edildiyi  ölkələrdə insanların fəaliyyət azadlığı var. Bu da öz növbəsində rəqabətin yaranmasına, yaradıcı ideyaların gerçəkləşdirilməsinə və iqtisadiyyatın güclənməsinə gətirib çıxarır. Demokratik ölkələrdə  İnsanlar istənilən məsələ barəsində öz fikirlərini bildirir və hər hansı məsələyə müəyyən tərəfdən münasibətini göstərir”.

Vasif Rzayev bildirib ki,  insanların ifadə azadlığı və başqa şəxsin fikrinə hörmət qərb cəmiyyəti üçün fundamental hüquqlardan sayılır: “Azərbaycanda isə bu gün ən böyük problem ifadə azadlığıdır. Bu isə beynəlxalq konvensiyanın pozulmasıdır. Gənclər, ictimai fəal şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri ictimai və ya siyasi əhəmiyyətli məsələlərə öz münasibətlərini bildirməkdə çətinlik çəkirlər. Ona görə ki, bu həbslə, polisə çağrılmaqla, müvəqqəti saxlanılmaqla, narkotika adıyla cinayət işi açılmaqla nəticələnə bilər. Digər tərəfdən demokratiyanın əsas göstəricilərindən biri seçkidir. Azərbaycanda hamı bilir ki, seçki kütləvi şəkildə saxtalaşdırılmaqla keçirilir və biz artıq buna alışmışıq. Sosial şəbəklərdə seçki saxtakarlığı ilə bağlı minlərlə foto-video görüntü vardır. Demək olar ki, bizdə demokratiyaya dair heç nə yoxdur”.

Vasif Rzayevə görə, hökumətin apardığı iqtisadi siyasətin iflasa uğramasının başlıca səbəbi qarşıya qoyulan proqramların ictimai müzakirəyə çıxarılmadan qəbul edilməsidir: “ Bütün bunlar Azərbaycandai inkişafı və sosial rifahı geriyə atır. Bütün göstəricilər göz önündədir. Qarşıdakı illər üçün perspektivlər də onu göstərir ki, biz inkişafa nail ola bilməyəcəyik.  Bu real vəziyyətdir, çünki itkilər çoxdur. Belə bir durumda islahatların aparılması qaçılmaz olur. Başqa sözlə, ya islahat, ya inqilab. Üçüncü variant yoxdur. Çünki insanlar artıq işsizliyə, aclığa dözə bilmirlər. Hakimiyyət düşünür ki, vətəndaş cəmiyyəti institutlarını boğmaqla, insanları həbs etməklə inqilabın qarşısını ala biləcək. Əslində hakimiyyət öz-özünə problem yaratdı. Həbsxanada yüzlərlə günahsız insanın siyasi məqsədlərə görə saxlanılması hökumətə ciddi problemlər yaradacaq”.

14 avqust 2016 00:25
3129 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB