20 iyul 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

"Hökumətin korrupsiya əməllərini ifşa edən jurnalistlər və hüquq müdafiəçiləri dəmir barmaqlıqlar arxasındadır"

Azərbaycan Konstitusiyasında insan hüquq və azadlarına geniş yer verilsə də, reallıqda bu hüquqlardan yararlanmaq hər zaman mümkün olmur.  Bu gün də vətəndaşlar mülkiyyət, sərbəst toplaşmaq, söz və ifadə azadlığı hüquqlarının reallaşdırılmasında çətinlik çətinlik çəkirlər. Alternativ düşüncəyə malik insanlara qarşı təqiblərin olduğunun şahidi oluruq. Fikirlərinə, siyasi mənsubiyyətinə görə həbslərin olmadığı bildirilsə də, alternativ düşüncə sahibi olan onlarla insan var ki, müxtəlif saxta ittihamlarla həbsə atılıb. Bu sahədə vəziyyət isə gözlənilənlərin əksinə olaraq ildən-ilə pisləşir. Bu il respublikamızda parlament seçkiləri ili olsa da, hələ ki, seçki ili əhval-ruhiyyəsi hiss olunmur.

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Ələsgər Vəliyevin sözlərinə görə, artıq  uzun illərdir Azərbaycanda seçkilər zamanı demokratik mühitinin yaradılmasında problemlər olur: “Son 10 ildə Seçki Məcəlləsinə edilən bütün dəyişikliklər mövcud normaları antidemokratik vəziyyətə gətirməyə xidmət edib. Qanunvericiliyə edilən dəyişikliklər nəticəsində seçki müddətin 60 günədək qısaldılaraq buna uyğun olaraq imza toplama müddəti 2 dəfəyədək azaldılıb, siyasi təşviqat müddətləri 22 günə endirilib. Sərbəst toplaşma yerlərinin sayı azaldılaraq hər rayonda  bir və ya iki yerlə məhdudlaşdırılıb. Həmçinin, dövlətin mediada təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması və digər mövcud imkanların məhdudlaşdırılması istiqamətində qanunvericilik dəyişdirilib ki, bu halların da hər biri vətəndaşların seçib-seçilmək imkanlarının əllərindən alınması deməkdir. Bu azmış kimi Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi bəzi normativ aktlar qanunvericiliklə uyğunsuzluq yaradır. Seçki komissiyalarının tərkibi bu gün də problemli məsələ olaraq qalmaqdadır. Seçki komissiyalarının bu formatda hakim partiyaya və hökumət tərəfdarlarına bütün səviyyələrdə həlledici üstünlük verir ki, bu da istət-r-istəməz seçkilərin nəticəsinə təsir edir. Seçkilərə qısa müddət qalsa da hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti institutları arasında dialoqlar və müzakirələr yox səviyyəsindədir. Bütün bunlar göstərir ki, hakim partiya seçkilə bağlı heç bir güzəşt etmək niyyətində deyil”.

Ələsgər Vəliyevin sözlərinə görə, əgər əvvəki illərdə hakimiyyətin əsas diqqəti siyasi partiyaların üzərinə yönəlirdisə, ötən ildən başlayaraq müstəqil vətəndaş cəmiyyəti institutları da sıxışdırılmağa başlayıb: “Seçkilərin monitorinqini aparan, siyasi hüquqları pozulan şəxsləri beynəlxalq məhkəmələrdə müdafiə edən  hüquq müdafiəçiləri, hökumətin korrupsiya əməllərini ifşa edən jurnalistlər bu gün dəmir barmaqlıqlar arxasındadır. Bu sırada REAL Vətəndaş Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov, hüquq  müdafiəçilərindən - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, həm də seçki məhbusu hesab edilən Anar Məmmədli, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov, jurnalistlərdən - "Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl, "Yeni Müsavat” qəzetinin əməkdaşı və Müsavat Partiyası başqanının mavini Tofiq Yaqublu, "Azərbaycan saatı”nın əməkdaşı  və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi, "Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli,  "Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, blogerlər Fərəc Kərimli,  Əbdül Əbilov, Ömər Məmmədov, Rəşad Ramazanov, NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizovun adıarını çəkə bilərik. Digər tərəfdən vətəndaş cəmiyyətinə qarşı basqılar nəticəsində ölkədə müstəqil hüquq müdafiə institutu da sıradan çıxarılır. Siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərə qarşı da geniş təzyiq kampaniyası aparılır. Müstəqil vəkillər Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov,  Aslan İsmayılov, Elçin Namazov, Qurban Məmmədov və başqaları siyasi məhbusları müdafiə etdikləri üçün cəzalandırılaraq Vəkillər Kollegiyasından xaric ediliblər. Bütün bunlar hakimiyyətin növbəti parlament sekilərini hansı mühitdə keçirəcəyinə işarədir”.

Ələsgər Vəliyev deyir ki, ölkədə siyasi məhbus probleminin qaldığı, müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edildiyi bir şəraitdə seçkilərin demokratik keçiriləcəyindən danışmaq olmaz: “Dörd milyondan artıq insanın yaşadığı Bakı şəhərində cəmi bir məkanda mitinqlər keçirilməsinə icazə verilir. Rayonlarda isə deputatlığa namizədlərin seçicilərlə görüşlərinin keçirilməsi böyük problem olacaq. Əvvəlki illərin təcrübəsi göstərir ki, yerli icra orqanları hakim partiyanın namizədlərindən başqa digər namizədlərin görüşlər təşkil etməsinə maneələr yaradır. Bu şəraitdə keçən seçkilərdə isə sonda əvvəlki insanlar yenə də parlametdə oturacaq. Ən yaxşı halda bir neçə nəfər eyni çəkiyə malik başqa insanlarla əvəz olunacaq. Bu isə yeni parlamentin də xalqın iradəsinin ifadəçisinin olmadığını göstərəcək”.

 

27 iyul 2015 13:19
500 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB