17 noyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Azərbaycanda insan hüquq və azadlıqları deqredasiya edir


Novruz Müştəbaoğlu:  "Azərbaycan polisi qanunların keşiyində durmalı olduğu halda müxalif düşüncənin qəniminə çevirlib"

Bütün dünyada seçkilər zamanı siyasi fəallıq başqa dövrlərə nisbətən yüksəlsə də, respublikamızda əksi müşahidə edilir. Prezident seçkiləri öncəsi müxalifətin əhali ilə təmaslarına, regionlarda tədbirlərə qismən icazə verilsə də, bu əvvəlki seçki dönəmləri ilə müqayisədə zəif idi. Müxalifətin aksiyalarında iştirak edənlərin bir çoxu isə sonradan polis təzyiqi ilə üzləşir, təqib olunurlar.

Regional İnkişaf və İnsan Hüquqları ictimai birliyinin sədr müavini Novruz Müştəbaoğlu deyir ki, respublikamızda müxalif düşüncəli insanların fəaliyyət imkanları getdikcə məhdudlaşdırılır: “2013-cü ildə ölkədə siyasi azadlıqlarla bağlı durum 2008 və 2003-cü illə müqayisədə xeyli fərqli idi. Dünyada insan hüquq və azadlıqlarının genişləndirilməsi istiqamətində irəliləyişlər edilsə də, Azərbaycanda əksi müşahidə edilir.

Bu ilki prezident seçkilərində də hakimiyyət orqanları prezidentliyə namizədlərə qanunun verdiyi imkanlardan bərabər şəraitdə yararlanmaq imkanı vermədi. Milli Şuradan prezidentliyə namizədliyi irəli sürülən Cəmil Həsənlinin Sabirabad seçiciləri ilə şəhər stadionunda görüşü zamanı qarşıdurmaya şərait yaradıldı. Polis hakimiyyət əleyhinə şüar olan plakatları mitinq iştirakçılarından götürdü. Hərbi xidmət zamanı şəhid olan əsgərlərin valideynlərinin övladlarının portreti ilə mitinqdə iştirakı əngəlləndi. Görüşün keçirildiyi əraziyə göndərilən öyrədilmiş adamlar müxalifət liderləri və prezidentliyə namizədin ünvanına təhqiramiz ifadələr işlətdilər. Bütün bunlar isə hüquq-mühafizə orqanları əməkdaşlarının gözü qarşısında baş verdi. Digər tərəfdən əvvəlki seçki dönəmlərində istər paytaxtda, istərsə də regionlarda kütləvi aksiyalar keçirilməsi, əhali ilə görüşlərin təşkili üçün onlarla açıq və qapalı məkanlar olsa da, hakimiyyət artıq bu tədbirlərin hamısını qapalı məkanlara daşıyıb. Digər tərəfdən mitinqə gələn bütün insanlar bir-bir yoxlanılır. Bütün kütləvi aksiyalar zamanı dövlət qurumları, idarə və müəssisələrin əməkdaşları mülki geyimdə mitinqlər keçiriləcək yerlərin kənarlarında oraya gələn şəxsləri müşahidə edir. Onlar tərəfindən mitinqə qatılanların siyahısı tərtib edilib rəhbərliyə təqdim olunur. Sonradan həmin şəxslər ya işdən azad olunur, yaxud da bir daha bu aksiyalara qatılmamaq şərti ilə işdə saxlanılır. Mitinqlərdən sonra bizim evə də polis əməkdaşları gələrək bizi axtarması səbəbindən evdən getməli olduq. Dəfələrlə evdən kənarda qalmağa məcbur qaldıq. Daimi təqib altında yaşamaq isə məndə psixoloji sarsıntılar yaradıb. Bu təqiblərin nə zaman bitəcəyinə isə kimsə zəmanət verə bilmir”.

Novruz Müştəbaoğlu sözlərinə görə, vəziyyətin mənfiyə doğru dəyişməsi ölkədə yaşamaq imkanlarını çətinləşdirir: “İnsanların özünüifadə imkanlarının məhdudlaşdırılması istiqamətində inzibati addımlar seçkilərdən sonra da davam etməkdədir. Seçki öncəsi düşünürdük ki, hakimiyyət öz namizədinə əlavə problem yaratmamaq üçün bu addımı atır. Amma seçkilər hakimiyyətin istəyinə uyğun yekunlaşdı. Baxmayaraq ki, seçki günü kütləvi saxtakarlıq halları, seçki qutusuna topa bülletenlərin atılması, ilkin və yekun protokollardakı rəqəmlərin bir-birindən fərqli göstərilməsi halları oldu, amma bu kimi halların araşdırıldığını görmürük. Üstəlik seçki dövründə Milli Şuranın mitinqlərinin keçirildiyi paytaxt ərazisindəki stadion “təmirə” bağlanıb. Artıq elan edilib ki, Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu (keçmiş “Məhsul” stadionu) təmirə bağlanır. Amma hal-hazırda stadionda heç bir təmir işi aparılmır. Stadionun giriş - çıxış qapısı açıqdır və səhər vaxtı insanların səhər idmanını etdiklərini izləmək mümkündür. Demək, hakimiyyətin əsas məqsədi seçki sonrası mitinqləri önləmək, insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaqdır. Bütün bunlar isə fərqli düşüncəyə qarşı inzibati tədbirlərin davamlı olacağını göstərir. Azərbaycan polisi qanunların keşiyində durmalı olduğu halda müxalif düşüncənin qəniminə çevirlib”.

12 yanvar 2014 20:43
139 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB