17 noyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

3 günlük - 5 günlük həslər ölkəsi

Sentyabrın 18-də Hacıqabul rayon Mərkəzi Xəstəxanasında həkim işləyən Taleh Nəsibov “Məhsul” stadionunda növbəti mitinqə qatıldığına görə işini itirməli olub. Belə ki, Azadlıq qəzeti xəbər verir ki, bu hadisədən sonra onun baş həkimlə münasibətlər bir qədər də kəskinləşib və hər gün ondan ərizə yazması tələb olunub. Tələb yerinə yetirilmədikdə T. Nəsibov ciddi “sürprizlə” qarşılaşıb. Oktyabrın 14-də Şirvan rayon polis şöbəsindən zəng vuraraq onu şöbəyə dəvət ediblər. Şöbədə məlum olub ki, həkimə cinayət işi qaldırılıb: “Dedilər, “Şirvandakı olimpiya kompleksində dava salmısan, ictimai asayişi pozmusan”. Dedim, “orda kamera var, görüntüləri ortaya qoyun, hanı şahidlər?” Bildirdilər ki, şahidlər məhkəməyə gələcək. Mənə zorla boş protokollara imza elətdirdilər. Sonra da Şirvan məhkəməsinin dəftərxanasına zəng vurub işi qeydiyyata saldırdılar, elə oradanca zorla maşına oturdub məhkəməyə apardılar. Tanımadığım adamları üzümə qoyub 5 sutka həbs kəsdilər. Şirvan polis şöbəsinə qaytarıb “KPZ”yə saldılar. Aclıq elan etdim və bunu rəsmi yazdım. Ancaq “KPZ”nin rəisi məktubu dəftərxana qeydiyyatına saldırmadı. Mən də həmin məktubu KPZ-dəki müşahidə kamerasına tutub başıma gələnləri ora danışdım”.

Həbs müddəti başa çatandan sonra baş həkim işçiləri toplayaraq həkimin işdən çıxarılmasını müzakirəyə qoyub. Səbəb gətirib ki, xuliqandan həkim olmaz, Taleh Nəsibov xuliqandır və xəstəxananın adına ləkədir. T. Nəsibovun sözlərinə görə, 5 gün işdə olmadığını bəhanə gətirib həmkarlarına məcburi imza atdırıblar. O, 5 günü polisin “KPZ”sində saxlandığını deyəndə isə ona deyiblər ki, “mitinqə getməzdi, KPZ-yə də düşməzdi”.

Hacıqabul rayon Mərkəzi Xəstəxanasından AzadlıqRadiosuna bildirilib ki, T. Nəsibovun işdən çıxarılmasının mitinqdə iştirakıyla və 5 sutkalıq həbsiylə heç bir əlaqəsi yoxdur. O, əmək funksiyalarını yerinə yetirə bilmədiyindən Əmək Məcəlləsinin 70c bəndi ilə işdən azad edilib. Əmrdən narazıdırsa, məhkəməyə müraciət etsin. “Dediklərinin heç biri həqiqət deyil”, xəstəxanadan bildirilib.

Şirvan polisindən də təxminən eyni cavab verilib. Şöbədən “Qaynar xətt”ə deyilib ki, T. Nəsibov ictimai asayişi pozduğu üçün məhkəmə barəsində 5 sutkalıq həbs kəsib. Bu həbsin onun mitinqdə iştirakıyla əlaqəsi yoxdur.

Eləcə də, dünən adı son günlər mətbuatda təzyiqlərə məruz qalması ilə bağlı tez-tez hallandırılmağa başlamış daha bir blogger - Ramil Əhmədovun həbs edildiyi deyilir. Sosial şəbəkələrdə yayılan məlumata görə o Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinə aparılıb və orda tızyiq və hədələrə məruz qaldıqdan sonra barəsində 3 günlük həbs qərarı verilib. Bunu onun dostları və ölkədəki siyasi durumu təhlil edən analitiklər Əhmədovun aktiv blogerlik fəaliyyəti ilə əlaqələndirirlər. Hazırda ailəsi onun müdafiəsi üçün vəkil problemini həll etməyə çalışıb. O dövlərin ona verdiyi vəkildən imtina edib. Son günlər həmçinin digə populyar blogger Mehman Hüseynova qarşı təzyiqlər artıb. Onun özünün verdiyi məlumatda gizli nömrələrdən ona zəng edərək hədələndiyini və həmçinin fəaliyyətini davam etdirəcəyi təqdirdə ciddi cəzalandırılacağı ilə bağlı təpkilər almağa başladığını deyir.

01 noyabr 2016 19:42
186 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB