30 may 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

"Yoldaşım xəstə olduğum üçün məni iki uşaqla atıb getdi, 16 yaşlı oğlum bizə baxır"

Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən 6 nömrəli yataqxanada yaşayan bu ailə haqqında onların dərdinə yanan, kömək etmək istəyən xeyirxah insanlar sayəsində məlumat aldıq.

Yataqxananın balaca və nəmli otağında yaşayan ailənin durumu çox acınacaqlıdır. 
39 yaşlı Ülviyyə Şirinovanın 2 övladı var. 18 yaşlı qızı orta təhsil alıb, 16 yaşlı oğlu isə ailəsinə maddi yardım etmək üçün işləyir və təhsili yarımçıq qalıb. Ülviyyə Şirinovanın həyat yoldaşı isə ailəsini uzun zamandır atıb, gedib. Ülviyyə Şirinova dağınıq skleroz xəstəliyindən (Sinir sisteminin iltihabı, baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi ilə müşahidə olunur. Bu zədələnmə sinir sistemi hissələri arasında əlaqəni pozur və bunun nəticəsində bir sıra simptom və sindromlar yaranır-red.) əziyyət çəkir.

Onun sözlərinə görə, hər şey 23 yaşından etibarən başlayıb:

"17 yaşım olanda ailə qurmuşam. İkinci övladım olanda bu xəstəlik yarandı. Əvvəllər sol ayağımı çəkməyə başladım, axsayırdım. Sonra xəstəliyim zamanla daha da pisləşməyə başladı. İndi isə qurşaqdan aşağı hissəm işləmir. Hər iki ayağım tutulub, yeriyə bilmirəm. Müalicə alanda nisbətən yaxşı idim, ayağımı sürüyə-sürüyə də yeriyirdim, özümü idarə edə bilirdim. İndi ondan da məhrum olmuşam".

"Pensiya kartım qardaşımda idi. Kartımı istədim, mənə dedilər ki, "Kartı versək bir də bizim üzümüzü görməyəcəksən"

140 manat pensiya alan Ü.Şirinovanın başqa gəlir mənbəyi yoxdur: " Xəstəliyə tutulandan 5 il sonra yoldaşım məni atıb getdi. O gündən sonra bir dəfə də olsun gəlməyib, uşaqları böyüyüb, amma onlarla maraqlanmır. Pensiyadan başqa gəlirimiz yoxdur. Oğlum marşrut avtobusunda konduktor işləyir. 3-5 manat qazanır ki, təki çörək pulumuz olsun. Ailəm də yaxın durmur. Xəstəyəm deyə uzaq qaçırlar. Pensiya kartım qardaşımda idi. Kartımı istədim, mənə dedilər ki, "Kartı versək bir də bizim üzümüzü görməyəcəksən". Elə də oldu, kartı aldım və bir daha onları görmədim".


Xeyirxah insanların sayəsində ailənin yaşadığı birotaqlı ev bu yaxınlarda müəyyən miqdarda təmir edilib:

"Yorğan, döşək gətirən var, müəyyən kömək edənlər var. Onlar mənə ailəmdən daha yaxın oldular, təmənna güdmədən kömək edirlər. Sağ olsunlar".

Bir müddət Respublika Klinik Xəstəxanasında müalicə alan Ü.Şirinova artıq ora da gedə bilmir:

"Mənə bahalı dərmanlar yazılıb. Onlardan istifadə etməliyəm. Xəstəxanada da dedilər ki, həmin dərmanlar onlarda yoxdur. 8 aydır müalicə ala bilmirəm, getdikcə də vəziyyətim ağırlaşır. Həkimlər dedilər ki, xəstəliyimin tam əlacı yoxdur. Sadəcə vəziyyətimi yaxşılaşdıra bilərlər. Müəyyən qədər dayaqla da olsa yerimək imkanım ola bilər. bunun üçün də müalicə almalıyam. Nəmişlik olan otaqda yaşamaq da bir yandan vəziyyətimi ağırlaşdırır. Normal yemək yeyə bilmirəm".


Ü.Şirinova xəstəliyi və yaşayış vəziyyəti ilə bağlı heç bir rəsmi quruma, yerli icra orqanlarına müraciət etməyib:

"Cahillikdən, savadsızlıqdan... Başım çıxmır deyə heç bir yerə müraciət edə bilməmişəm. Amma indi xahiş edirəm ki, mənə kömək etsinlər".

27 fevral 2017 16:18
64 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB