18 avqust 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Jurnalistlər Avropa Məhkəməsinə müraciət etdilər

Aytən Fərhadova və Aynurə Heydərovanın ərizələrində Avropa Konvensiyasının 6.1-ci (məhkəməyə çatımlılıq hüququ), 13-cü maddəsinin (səmərəli müdafiə vasitələri hüququ) və 4 saylı protokolun 2-ci maddəsi (sərbəst hərəkət etmək azadlığı) pozuntusunun tanınması xahiş edilir.

Azərbaycanın iki jurnalisti – Aytən Fərhadova və Aynurə Heydərova ölkədən çıxmalarına qoyulan qadağaya görə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər. Onlara ölkədən çıxış qadağası Meydan TV rəhbərliyinə qarşı başlanmış cinayət işi ilə əsaslandırılır.

Hər iki jurnalist məhkəməyə müraciət edərək, Baş Prokurorluğun onların ölkədən çıxışına qoyduğu qadağanın qanunsuz sayılmasını istəyiblər. Nəsimi rayon və Bakı apellyasiya məhkəmələri iddianın İnzibati İqtisad Məhkəməsinə verilməsini tövsiyə edərək, şikayəti icraata götürməkdən boyun qaçırıblar. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi də şikayətə baxmaqdan imtina edib. Bu səbəbdən jurnalistlər Avropa Məhkəməsinə müraciət etməli olublar.

Jurnalistlərin vəkili Fariz Namazlının sözlərinə görə, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi çərçivədə bir neçə jurnalistin, o cümlədən Aytən Fərhadova və Aynurə Heydərovanın ölkədən çıxışına qadağa qoyulub.

Aytən Fərhadova cinayət işi ilə bağlı İstintaq İdarəsində dindirilib. Aynurə Heydərova, ölkədə olmadığına görə, 2015-ci ilin noyabrında onun Gəncə şəhərindəki qeydiyyatda olan ünvanına Gəncə şəhər Baş Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları gedərək, ailə üzvlərini polis bölməsinə aparıb, jurnalistin fəaliyyəti ilə bağlı dindiriblər.

28 fevral 2017 12:10
127 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB