20 iyul 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Məhkəmələr deputata qarşı çıxan ustaları cəzalandırır

“Deputat istəyir ki, təkrar məktub yazıb səhv etdiyimi, təqsirin məndə olduğunu söyləyim"


Azərbaycanda maraqlı hadisələr cərəyan etməkdədir. Meydan TV xəbər verir ki, Ağdam rayon Məhkəməsi deputat Mirzəcan Xəlilovun villasında işləmiş ustayla bağlı qətnamə çıxarıb. Qətnaməyə əsasən, usta Zülfüqar Əliyev dəymiş zərərə görə 28 min, şərəfin təhqirinə görə 100 manat təzminat ödəməlidir. Bu barədə Meydan TV-yə Zülfüqar Əliyev özü məlumat verib. Bildirib ki, əslində deputat məhkəmədən şərəf və ləyaqətinin təhqirinə görə 100 min manat kompensasiya istəmişdi: “Görünür məhkəmə insaflı çıxıb 100 manat cərimələdi. Üstəlik, guya dəymiş zərərə görə ona 28 min manat ödəməliyəm. Əslində isə zərər ona yox, bizə dəyib. Əziyyət çəkib işləmişik, pulumuzu illərdir ala bilmirik”. 


Zülfüqar Əliyev deyir ki, başına gələnlərlə bağlı prezidentə, baş prokurora, Milli Məclisə məktublar yazıb. İndi ondan bunun əksini yazmasını istəyirlər: “Deputat istəyir ki, təkrar məktub yazıb səhv etdiyimi, təqsirin məndə olduğunu söyləyim. Bunu edəcəyim təqdirdə məhkəmənin kəsdiyi 28 min 100 manatlıq təzminatı almayacaqlarını deyirlər. Mən isə belə bir addım atmayacağam. Bəli, doğru demişəm, Mirzəcan Xəlilovun mənə 55 min manat borcu var”.


Mirzəcan Xəlilovun villasında işləmiş başqa bir usta Bəhruz Musayevin də cəzalandırılması ilə bağlı məlumat var. Belə ki, depuatadan pulunu ala bilməyən usta əgər haqqını verməsə Mirzəcan Xəlilovu villasını yandırmaqla hədələmişdi. B. Musayevin özünün verdiyi xəbərə görə o inzibati qaydada cəzalandırılıb və bunun arxasında Xəlilov dayanır: "Xəlilov demişdi ki, bir də pul adı çəkib qapıma gəlsəniz sizi tutduracam. İndi də dediyini edir. Mən isə dövlət başçısına müraciət edirəm və demək istəyirəm ki, haqqımı sona qədər müdafiə edəcəm. Onu o villadan yaşamağa qoymayacağıq. Sonunda haqq ədalət öz yerini tapmalıdır".


Qeyd edək ki, deputat Mirzəcan Xəlilov ondan pulunu istəyən ustalara deyib ki, “elə bilin pulu qumara qoyub uduzmusuz, unudun getsin”.  Lakin sonradan mediaya verdiyi açıqlamada o bu sözləri təkzib edərək ustalara heç bir borcu olmadığını bildirib.

30 dekabr 2016 18:13
649 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB