30 may 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Aydin Səfərov: “Demokratik cəmiyyətlərdə sahibkarlıq daha yaxşı inkişaf edir”

“Sahibkarlıq sistemində olan qanunsuzluq çox ciddi təhlükəyə çevrilməkdədir və demək olar ki, ötən hər gün daha da artıq. Bu problemdən zəiyyət çəkən bir çox sahibkarlar öz etirazlarına bildirəndə isə daha çətin duruma düşürlər və polis təzyiqi ilə o cümlədən siyasi təzyiqlə üzləşirlər”. Bu sözləri ictimai-siyasi, sahibkar sahibkarların durumunu izah edərkən deyib.

A.Səfərov sözlərinə görə bu, təkcə vergi orqanlarındakı vəziyyətlə bağlı deyil: “Hakimiyyət özü də başa düşür ki, sahibkarlar həssas təbəqədir. Onsuz da onların nəzarətindən kənarda qalan sahibkarlar çox azdır. O baxımdan hakimiyyətdən kənar və hakimiyyət bölgüsünü ayırıram ki, bu və digər məmurun “krışa”lığında olan sahibkarlar o qədər də əziyyət çəkmirlər, dövlət qurumlarının qanunsuz müdaxilələrindən sığortalanıblar. Bu vəziyyətdən daha çox xırda və orta sahibkarlar, kiçik ticarət mağazaları əziyyət çəkir. Onların da bir hissəsi hakimiyyətdən kənar, böyük oliqarxlara bağlı olmayanlardır. Amma nə qədər kənar olsalar belə, siyasi hakimiyyətə sərf etmir ki, onlar gedib siyasi qüvvələrə meyllənsinlər. Ola bilməz ki, hakimiyyət ölkədə gedən prosesləri izləməsin. Ən ucqar nöqtələrdə belə baş verənlərdən agahdırlar, ümumi vəziyyətdən xəbərdardırlar. Bu, həm də siyasi hakimiyyətin onların nəzarətində olamayan kiçik və orta sahibkarlara münasibətini göstərir”.

A.Səfərov qeyd edib ki, ölkədə sahibkarlıq mühitinin olmaması problemin kökündə duran əsas məsələdir: “Sahibkarlıq mühitinin olmaması isə ən başlıca problemdir və təkcə prezident sərəncamları, fərmanları ilə həll olunmur. Bu problem siyasi iradə ilə həll olunur. Hökumət Azərbaycan iqtisadiyyatının inkişafının əsas mənbəyi kimi sahibkarlığı görməli və bütün gücünü azad sahibkarlığın qurulmasına yönəltməlidir. Problemin kökündə dayanan başqa bir məsələ Azərbaycanda büdcənin sahibkarlardan asılı olmamasıdır. Büdcə faktiki olaraq neftdən formalaşır. Mən sizə maraqlı bir rəqəm deyim-hökumət büdcə layihəsini təqdim edəndə 2009-cu ilin yekunları ilə bağlı bir göstərici vardı. Bütün vergilər hesablanmışdı və məlum olmuşdu ki, dövlət sektoru, neft sektoru daxil olmadan yerdə qalan vergilər cəmi 1,2 milyard manat təşkil edir. Hələ bunun içərisində büdcə təşkilatlarında çalışanlardan alınan fiziki şəxslərin gəlir vergisi də var. Çünki bizdə təsnifat həmin vergiləri də yerli özəl sektorun vergisinə aid edir. Təsəvvür edin ki, onu çıxandan  sonra aydın olur ki, yerli özəl sektor ən yaxşı halda büdcəyə 700-800 milyon manat pul köçürür. Bu, mövcud büdcənin 10 faizi də deyil, 7-8 faizini təşkil edir. Yəni hökumətin, büdcənin yerli özəl sahibkarlardan asılılığı kifayət qədər azdır. O ölkədə ki, büdcə sahibkarların hesabına formalaşır, orada hökumət sahibkarlığın inkişafında maraqlı olur. Sadəcə olaraq, bizdə sahibkarlara vergi verən, büdcəni formalaşdıran subyekt kimi baxılmır, daha çox onlara təzyiq, obyekti kimi, qeyri-rəsmi ödənişlərin alındığı mənbə kimi baxılır”.

A.Səfərovun fikrinə görə kiçik və orta sahibkarların kifayət qədər ciddi elektorat olmasına baxmayaraq, onlara qarşı təzyiqlərin total hal almasına səbəb ölkədəki qeyri-demokratik seçki mühitidir: “O ölkədə ki, demokratik seçki keçirilir, o ölkədə ki, büdcə sahibkarların hesabına formalaşır, o zaman hökumət sahibkarlara qarşı həssas mövqe nümayiş etdirir, orada hökumət sahibkarların yanında olur. Bir ölkədə ki, hakimiyyət seçki ilə formalaşmır, əhalinin məşğulluğunda, büdcədə kiçik və orta sahibkarlığın payı olduqca azdır, orada bu təbəqəyə qarşı təzyiqlər olur. Həm də təzyiq edən tək vergi orqanları deyil, guya icra hakimiyyəti istənilən sahibkarın subyektini əlindən ala bilmir? Sadəcə olaraq, vergi orqanları bunu daha intensiv edir. Bir sözlə qeyri-demokratik seçkilərin keçirilməsi, cəmiyyətdə inkişafına mənfi təsir göstərir, qeryi-legitim hakimiyyət özülə bərabər qanunsuzluğa yol açır ki, burada sahibkarda əziyyət çəkir. buda onu göstərir ki, demokratik cəmiyyətlərdə sahibkarlıq daha yaxşı inkişaf edir”.

11 noyabr 2016 09:56
265 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB