20 iyul 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Rəhman Əhmədov:

"Dəyər" Demokratiyanın İnkişafına Dəstək İnstitutu İctimai Birliyi sədri  Rəhman Əhmədovla əsgər  ölümüylə bağlı  söhbət apardıq.

Əsgər ölümləri ilə bağlı rəsmi məlumatlar verilməsə də, ayrı-ayrı ekspetlər, araşdırmaçılar tərəfindən müxtəlif fikirlər səslənməkdədir. Əslində vəziyyət necədir? –  2015-ci ilin ilk iki ayı ərzində 15 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir.  

- Rəhman bəy, məncə atəşkəs dövründə iki ay üçün bu ciddi rəqəmdir. 15 nəfər doğrudanmı hərbi xidmət zamanı bu və ya digər səbəbdən dünyasını dəyişib? 

– Təəssüf ki, bu rəqəm doğrudur. 2015-ci ilin yanvar-fevral aylarında 15 nəfər hərbçimizi itirmişik, eyni zamanda 6 nəfər də yaralanıb və ya xəsarət alıb. Bilirsiniz, biz araşdırma aparan zaman bu hadisələrin başvermə səbəblərini də öyrənirik. Belə ki, rəhmətə getmiş 15 nəfərdən 9-u məhz düşmən gülləsinə tuş gəlib, 2 nəfər qeyri-nizam hərəkətdən, 1 nəfər xəstəlikdən, 1 nəfər də silahla ehtiyatsız davranmadan dünyasını dəyişmişdir. Bunula yanaşı 1 nəfər mina partlayışına düçar olmuş, 1 nəfər isə intihar etmişdir. Yaralananlardan da 3 nəfəri qarşı tərəfdən vurulmuşlar.  Sualınız da səsləndirdiyiniz o ciddi rəqəm ifadəsinə gəlincə deyə bilərəm ki, bəli, bu çox ciddi və muqayisə baxımından ağır rəqəmdir. Müqayisə üçün deyək ki, 2005-2014-cü illər, yəni əvvəlki on ilin eyni müddətində heç vaxt bu qədər itki olmayıb. Paralel olaraq təkcə 2014-cü il ərzində cəmi 29 nəfər hərbi qulluqçu dünyasını dəyişmişdir. Fərqə özünüz diqqət yetirin.

- Baş verənlər əsasən hansı struktura dah çox aiddir

– Baş verənlərin hamısı Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin qulluqçu və əsgərləridir. Gördüyünüz kimi burada intihar, silahla ehtiyatsız davranma, qeyri-nizami hərəkət və s. səbəblər də vardır. Bu isə hərbi hissələrdə vəziyyətin o dərəcədə də yaxşı olmadığından xəbər verir. Təsəvvür edirsinizmi ki, hərbu hissə qapalı struktur olduğundan bir çox məsələlərin ictimaiyyətə açıqlanması qeyri-mümkündür.

-  Rəhman bəy bəy vəziyyəti dəyişmək üçün nələr etmək lazımdır? 

– Müdafiə Nazirliyi təcili təxirəsalınmaz tədbirlər görməlidir. Burada hərbi hissələrdə olan kadr məsələsi, social-rifah və psixoloji durumla bağlı məsələyə xüsusi diqqət yetirilməlidir. Nizamsız hərəkət və ya silahla ehtiyatsız davranmadan əsgər ölürsə bu qeyri-peşəkarlığın nəticəsidir. Atəşkəs zamanı 9 nəfərin iki ayda ermənilər tərəfindən öldürülməsi isə müdafiə tədbirlərinin lazımi formada olmamasını göstərir. Sabah döyüşə daha yaxşı vəziyyətdə başlamağımız üçün bu hallara da diqqət etməyimiz zəruridir. İtgilərimizin əsas səbəbi hakimiyyətin zəif və etibarsız müdafiə sistemidir. 

05 mart 2015 09:04
334 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB