21 sentyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Sahibsiz məhəllələr

Bakının xaraba qoyulmuş mərkəzi: "Polislə gəldilər üstümüzə, polisə aparıb hədə-qorxu gəldilər, neçə nəfəri saldılar içəri, yatızdırdılar, dedilər susun yoxsa hərəniz 3-5 il yatacaqsınız"

Nazirlər Kabineti Bakının «Sovetski» kimi tanınan köhnə məhəlləsində vətəndaşlara məxsus daha 1093 evin və qeyri-yaşayış obyektinin sökülməsi haqda qərar qəbul edib. Qərarın icrası Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilib. Qərar dövlət əhəmiyyətli avtomobil yollarının və digər kommunikasiyanın Bakının baş planına uyğun inşası ilə əsaslandırılıb. Qeyd edək ki, «Sovetski» məhəlləsində evlərin sökülməsinə və sakinlərin köçürülməsinə 2014-cü ildən başlanılıb. Bu, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 12 dekabr 2012-ci il tarixli sərəncamı əsasında həyata keçirilib. Qərara əsasən 10,5 minə yaxın yaşayış və qeyri-yaşayış obyektinin sökülməsi planlaşdırılır. Sonuncu dəfə mülkiyyətçilərin köçürülməsi barədə hesabat Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən bu ilin yanvarında təqdim edilib. O vaxta qədər 2300 ailə köçürülüb. Mükiyyətçilərə bir kvadrat metrə görə 1500 manatın verilməsi nəzərdə tutulur.

Lakin bununla razılaşmayan kifayət qədər sakin var. Sakinlərin fikrincə, kvadrat metrə görə ödənilən 1500 manata şəhərin eyni ərazısındə mənzil tapmaq mümkün deyil. Buna görə ya evlərin sökülməsi dayandırılmalıdır ya da kompensasiya artırılmalıdır. Dağıdılmış evlərin yaxınlığında yerləşən digər evlərdə qalan sakinlərin də durumu yaxşı deyil. Ərazidə yaşayan 75 yaşlı Rəfiqə Həsənova da belə evlərdən birində yaşayır. Hər an evinin uçacağından qorxur:  «Bu saat evdə tək yaşayıram. Neyləyək, bala? Burda evlər olanda əməlli-başlı küçə, məhəllə idi. İndi uçurdublar, ona görə məhəlləyə oxşamır. Bu ətrafdakı evləri də bir ucdan sökürlər, mən də qorxuram. Eh, Bakını nə günə qoydular».

Digər bir sovetski sakini, əslən Şirvan rayonundan olsa da, «Sovetski»də məskunlaşan Ramiz Söhbətov deyir ki, evlərinin yarısını onların razılığı olmadan söküblər: "Bu qədər etiraz etdik, polislə gəldilər üstümüzə, polisə aparıb hədə-qorxu gəldilər, aparıb neçə nəfəri saldılar içəri bir ay yatızdırdılar hərəsini, dedilər susun yoxsa hərəniz 3-5 il yatacaqsınız, sonra da işığımızı, qazımızı kəsdilər, indi daha əlacımız da kəsilib. İndi bu ərazidə narazılıq təkcə evlərin köçürülməsi ilə bağlı deyil, həm də, insanlara, vətəndaşlara heyvan kimi yanaşır bu hökümət, onunla bağlıdır. Bu millətin sanki bütün şərəfsizlərini yığıblar yuxarı vəzifələrə. İnanın ki, bir nəfər məmur da eşitmək istəmir bir kimsənin dərdini". R. Söhbətov deyir ki, hökümət bu addımla onların heysiyyatına toxunub, elə ona görə də mübarizələrini davam etdirəcəklər: "Bunun sonu ya sibirdi, ya qəbir. Amma sona qədər mübarizə aparacağıq".

İndi «Sovetski»də Axundov döngəsi, Mirzağa Əliyev küçəsi, Dilarə Əliyeva, Süleyman Rəhimov küçələrinin bir hissəsi, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələri tamamilə sökülüb. Köçənlər köçüb, pul gözləyənlər də gözləyir. Ancaq hələ də hökumətin təklif etdiyi 1500 manatla razılaşmayıb söküntüdən imtina edənlər var. Sakinlər deyir ki, manat ucuzlaşandan sonra 1500 manat gözlərində lap kiçilib:  «Bizi hara köçürəcəklər? Köçürə bilirlər ki? Camaat getmir. Pul verirlər ki? Mən ata-baba yurdumdan hara köçməliyəm? Qiymət 1500 manatdır. Camaat danışır, guya Abid Şərifov deyib düzəliş olacaq, kiçik kvadratı olanlara artırılacaq. Allah bilir nə vaxt olacaq. Hər şey hökumətdən asılıdır, camaatı yola versə, camaat gedər».

09 mart 2015 21:29
555 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB