24 oktyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

"Ölkədə siyasi vəziyyət anlaşılmazdır"

Lamiyə Əhmədova: “İnkişaf o zaman baş verəcək ki, qanunlar hakimiyyətə yox,  hakimiyyət konstitusiyaya uyğunlaşdırılacaq”

 

Respublikamızda 26 sentyabr 2016-cı ildə Konstitusiyaya dəyişikliklər haqqında referendumun keçirilməsinə sayılı günlər qalır. Bununla da, 1995-ci ildə qəbul edilən konstitusiyamıza 2002 və 2009-cu ildən sonra sayca üçüncü dəfə dəyişiklik ediləcək. Ana qanunun dəyişdiriləcəyi ilə bağlı məlumatın ictimaiyyətə açıqlanmasından xeyli müddət keçsə də, ölkədə hansısa refenendum mühiti hiss olunmur. Bununla bağlı ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənməyə çalışdıq.

Məsələyə münasibət bildirən ictimai-siyasi fəal Sənan Hüseynov   deyir ki, Konstitusiyaya dəyişikliklər edilirsə, buna bütün xalqın münasibət bildirməsi zəruridir: “Əslində referendum xalqın tarixində çox önəmli bir hadisədir. O halda ki, bu referendum ölkənin demokratikləşməsi, inkişafı üçün önəmli dəyişiklikləri nəzərdə tutsun. Amma əgər bu referendum insan hüquq və azadlıqlarını məhdudlaşdıran normalar gətirəcəksə və hakimiyyətin tam olaraq bir əldə cəmləşməsinə hüquqi don geyindirəcəksə, ikiqat aktivlik olmalıdır. Eyni zamanda referenduma çıxarılacaq məsələlərdən millətin hər bir nümayəndəsinin məlumatlı olmasına şərait yaradılmalıdır. Amma 26 sentyabr referendumu mahiyyətcə ölkədə demokratiyanın inkişafına xidmət etmədiyindən bacardıqca hər şeyin gizli aparılması yolunun tutulduğu görünür. Həmçinin, parlament seçkilərinin nə zaman keçirilməsinin prezident tərəfindən müəyyənləşdirilməsi, seçilmək üçün yaş məhdudiyyətinin götürülməsi və ölkənin demokratiyadan uzaqlaşdıran digər normaların konstitusiyaya gətirilməsi dövlətçiliyin oyuncağa çevrilməsinin göstəricisidir. Hazırda konstitusiyamızda millət vəkili, prezident seçilmək üçün mövcud olan yaş məhdudiyyətinin götürülməsini hakimiyyət nümayəndələri demokratik dəyişiklik kimi təqdim etsə də, əslində belə deyil. Demokratik ölkələrin təcrübəsi göstərir ki, az yaşda seçilmək demokratiyanın göstəricisi hesab oluna bilməz. Əksinə dünyanın demokratik ölkələrində dövlət başçıları 45-50 yaşdan sonra bu posta iddia edir. Bizdə isə vəziyyət onsuz da anlaşılmazdır. Əksər səlahiyyətlər icra hakimiyyətinin əlində cəmləşsə də, indi də onlar əlavə səlahiyyət istəyir. Bu da onu göstərir ki, konstitusiya hakimiyyətin təbiətinə uyğunlaşdırılır”.

 

Gənc bloger, keçmiş siyasi məhbus Amil Heydərovun sözlərinə görə, referenduma çıxarılan məsələlərin geniş ictimai müzakirələrin aparılmaması əslində insanların hüquqlarının pozuntusudur: “Konstitusiyaya ediləcək dəyişikliklər sırasında insan hüquq və azadlıqlarını, mülkiyyət hüququnu, ifadə azadlığını məhdudlaşdıran bəndlər var. Eyni zamanda konstitusiyaya respublika prinsiplərini kölgə altına salan dəyişikliklər gətirilir. Ölkə televiziyalarında ancaq dəyişikliklərin lehinə olan təbliğat aparılır. Vətəndaşlarla görüşlərin keçirilməsi, əhalinin dəyişikliklərin mahiyyəti ilə bağlı məlumatlandırılması istiqamətində görüşlərin keçirilməsi məhdudlaşdırılıb. Hiss olunur ki, bütün inzibati resurslar referendum kampaniyasının fərqli mövqe olmadan, hər şeyin vətəndaşlar tərəfindən dəstəklənməsi görüntüsünün yaradılması ilə yekunlaşmasına yönəldilir”.

 

İctimai fəal Lamiyə Əhmədovanın qənaətinə görə isə, artıq bəzi beynəlxalq qurumların da Konstitusiyaya dəyişikliklərlə bağlı açıqladığı mənfi rəy bu dəyişikliklərin qəbuledilməzliyini göstərir: “Artıq Avropa Şurası Venesiya Komissiyası Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendumu tənqid edib. Komissiyanın bəyanatında bildirilir ki, dəyişikliklərə görə prezidentə "misilsiz" hakimiyyətin verilməsi qüvvələr balansını pozacaq. Prezidentin 2009-cu ildən limitsiz seçilə bilməsi ilə onsuz da güclü olduğu nəzərə alınsa, onun səlahiyyətlərinin beş ildən yeddi ilədək uzadılmasına haqq qazandırmaq mümkün deyil. Digər tərəfdən prezidentə parlamenti buraxmaq hüququnun verilməsi ilə bağlı nəzərdə tutulan dəyişiklik də qanunverici hakimiyyətin müstəqilliyinə mənfi təsir göstərəcək. Venessiya Komissiyası, həmçinin, referendumun parlamentdə yetərincə müzakirə olunmadığını və ciddi ictimai müzakirə aparılmadan, qısa zamanda təyin edildiyini bildirib. Bütün bunlar isə göstərir ki, hazırda konstitusiyaya gətirilən dəyişikliklər ölkənin inkişafına xidmət etmir. Əslində inkişaf o zaman baş verəcək ki, qanunlar hakimiyyətə deyil, hakimiyyət konstitusiyaya uyğunlaşdırılaraq idarə olunsun”.

 

05 sentyabr 2016 22:58
1187 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB