18 avqust 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Azərbaycanda hər bir nazirin "monopoliya sahibi" olduğu sahə var

Niyaz Məmmədov: Azərbaycanda hər bir nazirin "monopoliya sahibi" olduğu sahə var. 

Azərabycanda korrupsiyanın mövcud vəziyyətini qiymətləndirmək üçün, kiçik sahibkar Niyaz Məmmədovla söhbətləşdik.

Niyaz bəy, bir sahibkar olaraq Azərbaycanda korrupsiyanın mövcud durumunu nə kimi xarakterizə edərdiniz? – Korrupsiya qeyri-qanuni yolla vəzifə və səlahiyyətlərdən istifadə edərək külli miqdarda pul əldə etməklə başqa şəxslərə xidmət göstərmək və onların xeyrinə güzəştlərin edilməsi fəaliyyətidir. Ümumiyyətlə korrupsiya elə bir prosedurdur ki, onu müəyyən etmək olduqca çətin bir işdir. Korrupsiya vasitəsilə bir qrup cəmiyyətdə varlanır və bunun nəticəsində əhalinin böyük əksəriyyəti kasıbçılıqla üz-üzə qalır. Bütövlükdə cəmiyyətdə qanunların işləməsi qeyri-mümkün olur. Dünyada hökumətlər korrupsiyanın qarşısını almaq məqsədilə idarəetmədə və qanunvericiliyin tətbiq edilməsində adekvat variantlar tapmağa çalışırlar ki, korrupsiya elementlərini minimuma endirsinlər. Çox təəsüf ki, bu gün dünyada bunun qarşısını almaq birmənalı olaraq mümkün deyil. Lakin ayrı-ayrı ölkələrdə korrupsiyanın səviyyəsi müxtəlif səviyyədədir. Avropa ölkələrində hökumətlər bu fəaliyyəti minimuma endirə bilmişlər. Lakin təbii ehtiyatları çox olan ölkələrdə, keçmiş sosialist ölkələrinin əksəriyyətində, Latın Ameikası ölkələrinin əksəriyyətində vəziyyət heç də yaxşı deyil. Bu qəbildən Azərbaycanda da vəziyyət pisdir. 

Sizcə, Azərbaycanda hansı sahələrdə korrupsiya elementlərini daha çox göstərmək olar? –  Ölkədə bütün dövlət idarəetməsi korrupsiyalaşıb. Korrupsiyanın bulaşmadığı sahə yoxdur. Sadəcə korrupsiyanın həcmi vəzifəli şəxsin tutduğu səlahiyyət və təsir imkanları ilə bağlıdır.  Məsələn, hüquq mühafizə orqanları, kömrük, vergi, yerli icra orqanları və sairləri misal göstərmək olar.  Bütün sahələr həmdə monopliyalaşmaqla yanaşı, məmurlar arasında "pay bölgüsünə" çevilib.  Azərbaycanda hər bir nazirin "monopoliya sahib" olduğu sahə var.  Bu məmurlar arasında vəzifə bölgüsü sayılır.

Niyaz bəy, vəziyyəti necə görürsünüz, Sizcə göstərdiyiniz bu mənfi tendensiyanı aradan qaldırmaq olarmı? – Əlbəttə olar, amma asanlıqla yox. Çünki, bu sistemin arxasında yüksək çinli məmurlar dayanıb. İlk növbədə hökumət iradə nümayiş etdirib ciddi dəyişiklik etməlidir. Bunun üçün böyük sayda kadrlar ordusunda dəyişiklik edilməlidir. Eyni zamanda ciddi ictimai nəzarət tətbiq edilməlidir və ictimai müqavimət artırılmalıdır. Biz də ictimai təşkilat olaraq baş verən neqativ hallarla bağlı məlumat yayır və bu kimi halların əleyhinə kampaniyalar keçirmək istəyirik ki, korrupsiya və rüşvətxorluq azalsın.  Korrupsiyanın kökünün kəsilməsinin əsas mənbəyi ictimai nəzarət mexanizmlərinin gücləndirilməsidir.  Çox təəssüf ki, Azərabycanda korrupsiya hakimiyyətin idarə etmə mexanizminə çevirlib. 

09 oktyabr 2014 12:10
189 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB