24 oktyabr 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Sahibkar anons verdi: "özümü yandıracam"

“Mənim başqa yolum qalmayıb. Bütün hazırlıqlarımı görmüşəm, gedirəm. Özümü yandırmaq üçün əlimdə hər şey var. Mənə verməli olmadığım pulu ödəmək üçün təzyiq edib pulu almağa gəlsələr özümü yandıracam”  - bu sözləri saytımıza Sədərək ticarət mərkəzində olan 35 saylı maqazinin sahibi Ceyhun Sovzəliyev deyib.

Son dərəcə əsəbi, gərgin olan sahibkar deyib ki, artıq dözümü qalmayıb: “Üstümə benzin töküb gözləyirəm. Zəng edib məni yenə də hədələdilər. 220 min manatlıq mal almışam, indi deyirlər ki, 400 min manat ödəməliyəm çünki manat olüb dollar qalxıb. Mənə nə ay qardaş, mənə nə. Axı mən ki, malı dollara satmıram. Özümü yandırmazdan əvvəl sizə zəng vuracağam. Çəkin və hamıya göstərin ki, sahibkar haqsızlığa dözməyib özünü yandırır. Mənim bir sahibkar kimi başqa yolum qalmayıb.Nazirlərdən birinə məxsus şirkətdir hamısını edən. Kənan adlı işçi deyir səni öldürərək pulu verməsən. Mən də onlar öldürməkdənsə özümü yandıracam. Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə 2 dəfə məni çağırdılar hədə qorxu gəldilər. Ölümə təhdid və korrupsiya ilə bağlı iş acmaqla hədələdilər. Mənə təzyiqlər var. Artıq bezmişəm. Bu gün səhər tezdən dövlət başçısına, baş prokurora teleqram vurdum. Belə davam etsə gedib Prezident Adminstrasiyasınınmı, alınmasa baş Prokurorluğun və ya hansasa səfirliyin qarşısında özümü yandıracağam”.

02 dekabr 2015 15:39
520 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB