18 avqust 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Kölgə işığı necə yeyir?

Dünyanın ən böyük kölgə iqtisadiyyatı olan ölkə Azərbaycandır

Son günlərdə ölkə Prezidentinə bir xeyli iş adamı da ölkədə durumun kəskin pisləşməsindən şikayət edərək narazılıq edib.  Onlardan biri "Kəndimiz" firmasının sahibi İlqar Həsənov deyir ki, "ölkənin biznes mühitində açıq soyğunçuluq hökm sürür. Məndən qanunsuz olaraq Əliyev fonduna 50 min dollar pul istədilər. Harda görünüb ki, vətəndaşdan gəlib zorla fondlara pul yığsınlar. Belə soyğunçuluq olar? Mən də vermədim. Sonra qara günlərim başladı. Bunlar reket kimi bir şeydir. Nə biznes mühiti? Ölkədə cinayət mühiti var. Heç kimə də şikayət etmək olmur. Heç kim baxmış şikayətə. Kim güclüdür qalanlarını soyur, döyür hətta öldürür. Prezidentə məktub yazmışıq heç baxan da yoxdur. Amma televiziyada deyir ki, guya ölkədə ədalət var, şəffaflıq var. Hanı o ədalət, mən niyə halal zəhmətimlə qazandığım puldan 50 min dollar verməliyəm hansısa bir idman oyunu üçün, hardadır o ədalət" - deyə Həsənov fikrini bildirib.

Ölkədə yaranmış bu durum iqtisadçı ekspertlərin də narahatlığına səbəb olub. Ekspert Azər Mehtiyevə görə, biznes mühiti üçün ən vacib məsələ mülkiyyət toxunulmazlığına zəmanətdir: “Həm ötən il, həm də cari ildə məhz əhalinin mülkiyyət toxunulmazlığı sahəsində geriyə addım atılıb. Mülki Məcəllədə dəyişiklik edildi və ictimai və dövlət məqsədləri üçün vətəndaşların mülkiyyətdən məhrum edilməsi prosedurları dövlət mənafeyinə uyğun, vətəndaşların mənafeyinə zidd olaraq sadələşdirildi. Üstəlik, ölkədə hər gün iş adamlarının öz obyektlərindən məhrum edilməsi, haqsız həbs olunması, cərimələrin tətbiqi ilə bağlı xəbərlər yayılır. Bütün bunlar biznes mühitinin olmaması, mülkiyyət hüquqlarının pozulmasını əks etdirən göstəricilərdir”.

15 iyul 2016 10:26
155 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB