20 yanvar 2018
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Azərbaycanda korrupsiya - böyüklər kənarda qalır, kiçiklər cəzalanır?

Məlum olduğu kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi 2013-cü il üçün yekun korrupsiya hesabatını açıqlayıb. Bu barədə İdarə rəisi Kamran Əliyev mediaya statistik məlumatlar açıqlayıb: İdarə rəisi bildirib ki, 2013-cü il ərzində istintaq şöbəsi 367 şəxs barəsində 201 cinayət işinin araşdırılmasını tamamlayaraq, baxılması üçün aidiyyəti məhkəmələrə göndərib.

Səhiyyə sahəsində 22 şəxs barəsində 14 cinayət işi, təhsil sahəsində 25 şəxs barəsində 14 cinayət işi, sosial təminat sahəsində 16 şəxs barəsində 4 cinayət işi, əmlak məsələləri üzrə 2 şəxs barəsində 1 cinayət işi, yerli icra hakimiyyəti orqanlarının 8 əməkdaşı barəsində 6 cinayət işi, Mədəniyyət və Turizm Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 1 əməkdaşı barəsində 1 cinayət işi, Nəqliyyat Nazirliyinin 5 əməkdaşı barəsində 2 cinayət işi, “Azərenerji” ASC-nin 5 əməkdaşı barəsində 5 cinayət işi, bank və bank fəaliyyəti ilə məşğul olan qurumların 38 əməkdaşı barəsində 10 cinayət işi, təbiəti mühafizə sahəsində 6 cinayət işi, Kənd Təsərrüfatı Nazirliyinin 3 əməkdaşı barəsində 2 cinayət işi, ticarətlə məşğul olan 18 şəxs barəsində 17 cinayət işi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 3 əməkdaşı barəsində 2 cinayət işi, iqtisadi fəaliyyətlə məşğul olan 10 şəxs barəsində 7 cinayət işi, prokurorluq orqanlarının 1 əməkdaşı barəsində 1 cinayət işi, polis əməkdaşları barəsində 1 cinayət işi, Ədliyyə Nazirliyinin 2 əməkdaşı barəsində 2 cinayət işi, Fövqəladə Hallar Nazirliyinin 6 əməkdaşı barəsində 4 cinayət işi və özəl sahədə fəaliyyət göstərən 93 vəzifəli şəxs barədə 39 cinayət işi açılıb.

Kiçik sahibkar və korrupsiyayla bağlı maraqlı fikirlər bildirən Azər Kərimov hesabatla bağlı təhlilini bizim suallarımıza cavab verərək açıqladı: “Hesabat göstərir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ən çox şikayət səhiyyə və təhsil sahəsindən daxil olub. Elə bu fakta əsaslanan K.Əliyev də respublikada korrupsiya cinayətlərinə daha çox təhsil, səhiyyə və sosial təminat sahəsində rast gəlindiyini bəyan edib. Yəni, dolayısıyla, ötən il Səhiyyə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin korrupsiyaya daha çox bulaşdığına işarə vurub”.

Azər Kərimov qeyd edir ki: “Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin bu hesabatı, reallıqla üst-üstə düşməsə də, təəccüblü deyil. Qurumun 2012-ci illə bağlı hesabatında da səhiyyə, təhsil və sosial təminat sahələri ən çox korrupsiya şikayətlərinin daxil olduğu sahələr kimi qeyd olunmuşdu. əgər eyni 3 struktur korrupsiyanın səviyyəsinə görə dalbadal öndə olursa, onda bu mübarizənin effektivliyi hardadır?”

Kiçik Sahibkar Azər Kərimov Azərbaycanda korrupsiyanın ən çox yayıldığı qurumların Səhiyyə, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin olmasına inanmadığını deyir: “Əlbəttə, əhalinin böyük hissəsinin hər gün müraciət etdiyi bu sahələrdən şikayətlərin daha çox olduğuna şübhə yoxdur. Amma bu, həmin qurumların daha çox korrupsiyaya uğradığı anlamına gələ bilməz. Azərbaycanda, hətta ölkədən kənarda da ən cox korrupsiyalaşmış struktular kimi nəqliyyat, əmlak, vergi və gömrük orqanları tanınır”.

A.Kərimov bildirdi ki, həm Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hesabatlarında, həm də Prezident Administrasiyasından verilən açıqlamalarda bu qurumların adları ya ümumiyyətlə çəkilmir,ya da epizodik xatırlanır: “K.Əliyevin son hesabatından belə çıxır ki, vergi və gömrük orqanlarında ötən il ümumiyyətlə korrupsiya faktı qeydə alınmayıb. Təəccüblüdür, deyilmi? Kamran Əliyev bildirdi ki, şikayət olmadığından bu strukturlarda istintaq araşdırması aparılmayıb. Ancaq birincisi, adı beynəlxalq hesabatlarda belə ən cox korrupsiyalaşmış strukturlar kimi hallanan vergi və gömrük orqanlarında ötən il korrupsiya ilə bağlı bircə şikayətin belə olmaması inandırıcı görünmür. Ən azı ona görə ki, vaxtaşırı mətbuatda sahibkarların bu qurumlar tərəfindən rüşvət tələbilə üzləşdiklərinə dair konkret şikayətlər dərc olunub. Qanuna görə KİV-də gedən məlumatlar əsasında prokurorluğun araşdırma aparmaq səlahiyyəti var. Yəni, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin oturub gözləməsinə ehtiyac yoxdur ki, mətbuata şikayət edən sahibkarlar mütləq onlara da rəsmi müraciət ünvanlasınlar. İkincisi, bir qurumdan konkret imza ilə şikayətin olmaması orda korrupsiyanın olmadığı anlamına gəlmir. Əvvala, hamıya məlumdur ki, Azərbaycanda rüşvət tələbilə üzləşən insanlar, xüsusən də iş adamları əksər hallarda şikayət etməkdən çəkinirlər. Çünki nəticəsi olaçağına inanmırlar”.

Azər Kərimov deyir ki: “Məsələnin digər tərəfi odur ki, bir qurum daxılində dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı baş verən korrupsiyadan məhdud sayda insanın xəbəri olur. Onlar bu və ya digər şəkildə bu korrupsiya əməliyyatında iştirak etdiyindən kimsə şikayətçi olmur. Məsələn, Nəqliyyat Nazirliyinin həyata keçirdiyi yol-körpü layihələrinə ayrılan 100 mılyonlarla manat vəsaitin korrupsiyanın qurbanı olduğuna dair əsaslı iddialar var. Ançaq kimsə konkret şikayət etmədiyindən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu iddiaları araşdırmaq zəhmətinə qatlaşmır. Halbuki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin başlıca fəaliyyət istiqaməti dövlət qurumları daxilində baş verən korrupsiya əməliyyatlarının araşdırılması olmalıdır. Hansısa məktəbdə və xəstəxanada rüşvət alınmasına dair şıkayətləri polis də araşdırıb tədbir görə bilər. Bunun üçün xüsusi idarəyə ehtiyac yoxdur”.

A.Kərimov sonda onu bildirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ayrı-ayrı dövlət qurumlarında baş verən böyük korrupsiya əməliyyatlarına göz yumaraq, kiçik rüşvət hallarını araşdırmaqla məşğuldur, halbuki, burada da korrupsiya elementləri tapmaq olar: “Müəllimin və həkimin işinin araşdırılması yeni korrupsiya müstəvisi yaradır. Çünki, neçə nəfərin hansı formada cəzalanması barəsində məlumat yoxdur. Ən pis halda o insanlar intizam məsuliyyəti qaydasında cəzalanırlar ki, bu da mahiyyətcə cəza deyil”.
24 fevral 2014 13:48
1954 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB