20 yanvar 2018
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Etiraz aksiyası bitdi, cəfası bitmədi...

Məlum olduğu kimi Bakıda Milli Şuranın keçirdiyi etiraz aksiyasından sonra bir çox aksiya iştirakçıları və sosial media vasitəilə aksiyaya dəstək verənlər işlərindən ya azad ediliblər ya da bununla bağlı ciddi təpki ilə üzləşiblər. Bu sırada təhsil işçiləri də ön sırada gəlir. Redaksiyamıza müraciət edərək etiraz aksiyasına göstərdiyi sosial media dəstəyinə görə basqılarla üzləşdiyini deyənlərdən biri də Şəki rayonda orta məktəblərin birində sinif müəlliməsi işləyən Xəyalə Adıgözəlovadır. Müəllimənin bildirdiyinə görə onun orta məktəblərin birində çəkilmiş və əllərdinə plakat tutan uşaqların "korrupsiyaya yox deyək" və s. şüarları olan şəkilləri paylaşması rayon rəhbərliyinin dərin narahatlığına səbəb olub: "Şəkilə baxıb aksiyanı guya mənim təşkil etməm qənaətinə gəliblər - guya bu mənim dərs keçdiyim sinifdə təşkil edilib. Buna görə də məni direktorun otağına çağırıb rəsmən hədə-qərxu gəldilər" - deyə Xəyalə Adıgözəlova bildirir. Onun sözlərinə görə əgər hətta bu aksiyanı onun keçirməsi gerçək olsa belə burda qanuna-zidd heç nə yoxdur: "Uşaqlar korrupsiyaya qarşı etiraz edirlər. Burda qanunsuz nə var ki? Biz qanunsuzluğa etiraz edirik. Bunu bəyənmək və yaymaq lazımdır nəinki təhdid etmək, işdən azad etməklə və s. vasitələrlə qorxutmaq".

Qeyd edək ki, Xəyalə Adıgözəlovanın yoldaşı Şəki şəhərində polis işçisi kimi çalışsa da, o ailə üzvlərinin hakimiyyətə qarşı mövqedə olması səbəbindən bir neçə müddət öncə işdən azad edilib.


14 aprel 2017 21:28
516 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB