20 iyul 2017
GƏLƏCƏK BİZİMDİR!



Öz MP3-nü yüklə Yukle
MP3 yüklənməyib...

Avropa nədən Türkiyə ilə “körpüləri yandırmağa” çalışır?
Həftənin hadisəsi Roma papasının İrəvana səfəri və orda yenidən “soyqırım” sözü deməsi oldu. Vatikan “erməni soyqırımı”nı tanıyır və 2000-ci illərin əvvəllərində də İrəvana səfər edən Roma papası (o zamankı) II İohann Pavel də “soyqırım” sözünü demişdi. Ötən il erməni iddialarının 100 illiyi münasibətilə Vatikanda ayin keçirən hazırkı papa da bir daha “soyqırım” sözünü işlətmişdi. 

Amma papa Fransiskin bu həftə İrəvana səfəri zamanı “soyqırım” deyəcəyi gözlənilmirdi, çünki mətbuatın yazdığına görə, səfərdən öncə papanın İrəvanda edəcəyi çıxışın yazılı mətni Vatikanda akkreditə olunmuş jurnalistlərə paylanıb və orda papanın “soyqırım” deyil, “Metz Yeghern” (ermənicə “böyük fəlakət”) sözlərindən istifadə edəcəyi qeyd olunurmuş. Lakin papa İrəvanda daha əvvəl hazırlanmış mətni dəyişərək “genosid” deyib.
Yeri gəlmişkən, ötən il papanın “soyqırım” deməsi Ankara ilə Vatikan arasında ciddi diplomatik qalmaqala səbəb olmuşdu, Türkiyənin Vatikandakı səfiri geri çağırılmış, yalnız bir neçə ay əvvəl münasibətlər qaydaya salınmışdı. İndi də gözlənilir ki, Türkiyə papanın İrəvan bəyanatına sərt reaksiya verəcək. Və əgər belə olarsa Türkiyənin Avropa ilə onsuz da soyuq olan münasibətləri daha da pisləşəcək, daha bir nüfuzlu Avropa mərkəzi ilə problem yaşayacaq. Təbii ki, bunu papa da bilirdi, amma bunu bilə-bilə İrəvanda bir ildən sonra yenidən Ankaranı qəzəbləndirəcək addımı atırsa, deməli, bunun hansısa özəl bir səbəbi var. Papa nədən Vatikanda təsdiqlənmiş mətni İrəvanda dəyişməyə qərar verdi? Nəticəsini bildiyi halda.

İlk olaraq ağıla iki versiya gəlir. Birincisi, papa İrəvanda ermənilərin təbliğatından təsirlənərək müraciət mətnini dəyişmək qərarı verir. Yəni İrəvanda ermənilər papaya təsir göstərir və o da bu psixoloji təsir altında bu cür mətni dəyişir. Necə deyərlər, ani bir qərar olur. Bu nəzəri cəhətdən mümkün olsa da, dünya katoliklərinin liderinin bu cür təsir altda qalıb fikir dəyişməsi inandırıcı deyil, ən azı belə durumlarda sonradan hansısa düzəliş edilə bilərdi. Hər halda pantifikin təsir altına belə bir sözü deməsi ona görə güclü versiyadır ki, Vatikanda yayılan rəsmi çıxış mətnində “soyqırım” sözü olmayıb. Amma bu təsir edən qüvvə ermənilər deyil, başqa qüvvə də ola bilərdi. 

Papanın çıxış mətnini dəyişməsinin səbəblərini Türkiyə və Avropa arasındakı münasibətlərdə axtarılmaq lazımdır. Məhz buna görə bütün katoliklərin lideri İrəvanda Ankaranı qəzəbləndirəcək, hətta diplomatik böhrana səbəb olacaq açıqlama verməkdən çəkinmədi. Çünki Almaniyadan sonra Papanın bu addımı Türkiyə ilə Avropa arasında gərginliyi daha da artırmaq, aradakı “uçurumu” daha da dərinləşdirməyə xidmət edirdi. 
Eyni zamanda Papa bu acılaması ilə ermənilərə jest edir, xristian məzhəbləri arasında yaxınlaşma istiqamətində addım atmış olur. Çünki bu bəyanat ermənilərlə katolikləri yaxınlaşdıracaq. Paralel olaraq Türkiyə ilə Avropa arasında uçurumu bir az da dərinləşdirəcək. Bunu iyunun 2-də “soyqırımı” qətnaməsi qəbul edən Almaniya parlamentarları da bilirdi. Amma qərar qəbul olundu və bununla da Avropa Türkiyəni fakt qarşısında qoymaq, “erməni məsələsi"ndə güzəştə məcbur etməyə çalışdığını ortaya qoydu. 

Təbii ki, bu qərarı bütövlükdə “xristian həmrəyliyi”, “Avropanın Türkiyəyə qarşı qərəzi” kimi qiymətləndirmək, yumşaq desək, birtərəflilik olardı. Bu vəziyyətin yaranması Türkiyənin son bir neçə ildə Avropaya “qarşı çıxma” siyasətinin də təsiri var. Daha əvvəl Avropa ilə anlaşmaya çalışan Ankara son illərdə tez-tez toqquşmaya gedir, bu isə son nəticədə ermənilərin maraqlarına xidmət edən, ancaq böyük mənada Avropanın Türkiyəni təcrid etməsi ilə nəticələnir. İndi Ankaranın qarşısında bir seçim var: Avropa ilə yenidən masaya oturmalı, anlaşmağa çalışmalıdır. Lakin hələlik bu, o qədər də real görünmür. Son “İncirlik” bazası qalmaqalı göstərdi ki, Türkiyə hakimiyyəti ilə Avropa Birliyi arasında böhran daha da dərinləşəcək.  

30 sentyabr 2016 19:13
198 dəfə oxunub

Bazar ertəsi

12:00Test veriliş

Çərşənbə axşamı

12:00Test veriliş

Çərşənbə

12:00Test veriliş

Cümə axşamı

12:00Test veriliş

Cümə

12:00Test veriliş

Şənbə

12:00Test veriliş

Bazar

12.00Bizimlə söhbət



Sorğu
Saytımızı bəyəndinizmi?






TOP 10
Musiqi yoxdur
ses ver


© Bütün hüquqlar qorunur
AzInWEB